18.5.2020 Avro və Funtda müsbət tendensiya ehtimalı

18.05.2020
Beynəlxalq Birjaların cari vəziyyəti ilə bağlı xəbərdar olmaq üçün bizi izləyin

18.5.2020 - InvestAZ İnvestisiya Şirkətinin analitiki İlkin Alıyev dünya birjalarında cari vəziyyət haqqında danışır. 



Avroda bahalaşma, Funtda ucuzlaşma dinamikası zəifləyə bilər. 

Beynəlxalq valyuta birjalarında son aylar qlobal iqtisadiyyatda risklərin artmasına təsir edən amillərin aradan qalxmasından sonra avronun ucuzlaşması dinamikası da zəifləyib. Bu həftə açıqlanacaq Avrozonanın sənaye və xidmət sektorlarına dair önəmli fundamental göstəricilər isə hazırda 1.08$-a ticarət edilən EUR/USD məzənnəsinin bahalaşmasına da səbəb ola bilər. 

1.19$-a kimi ucuzlaşmaqda davam edəcəyi proqnozlaşdırılan GBP/USD məzənnəsində də dinamika bu həftə açıqlanacaq sənaye və xidmət sektorları ilə bağlı önəmli göstəricilər fonunda zəifləyə bilər.

Bununla yanaşı, Breksit iqtisadi sazişi fonunda Avropa Birliyi ilə danışıqlar da investorların diqqət mərkəzindədir. 


Qızıla tələb artmaqda davam edir. 

Əlvan metallar birjalarında qızılın qiyməti dəyər qazanmaqda davam edir və bahalaşma texniki səbəblərlə əlaqədardır. Beləliklə, bir unsiya üzrə qiymət 1780$ (57.2 $/qram) və 1796$ (57.7 $/qram) kimi də dəyər qazana bilər.