Avro və Funtda növbəti eniş dalğası

16 May 2018

Dolların bahalaşması və Avropa və İngiltərədə iqtisadi göstəricilərin zəif açıqlanması, EUR/USD və GBP/USD məzənnələrinin də ucuzlaşmalarına təsir edir.

Avro və Funtda növbəti eniş dalğası

Avroda növbəti eniş dalğası. 

Dünya maliyyə bazarlarında EUR/USD məzənnəsi 1.1815$-a kimi ucuzlaşaraq, 2017-ci ilin üçüncü rübü səviyyələrində ticarət edilməkdədir. Təhlillərə əsasən, avro 1.1709 və 1.1630$-a kimi də ucuzlaşa bilər. Eyni zamanda, bu gün Bakı vaxtı ilə saat 13:00-da Avrozonanın inflyasiya göstəricilərinin yayımlanması gözlənilir.


GBP/USD 1.3270$-a kimi ucuzlaşa bilər. 

GBP/USD məzənnəsi də ucuzlaşaraq, son dörd ayın minimum səviyyəsini yeniləyib. Belə ki, 1.3450$-a kimi ucuzlaşan funt sterlinqin qiyməti əlavə olaraq 1.3370 və 1.3270$-a kimi də ucuzlaşa biləcəyi proqnozlaşdırılır.


Brent nefti 81$-a kimi dəyər qazana bilər. 

Enerji bazarlarında isə neft qiymətləri növbəti artım dalğasına başlayıb. Yenidən 78$-ın üzərində təklif edilən Avropanın Brent markalı neftin bir barel qiyməti bu səviyyəninin üzərində qaldıqca, 81$-a kimi də dəyər qazanacağı proqnozlaşdırılır.