10.09.2019 Avro və Funtda sakitlik

10.09.2019
Beynəlxalq Birjalarının cari vəziyyəti ilə bağlı xəbərdar olmaq üçün bizi izləyin

10.09.2019 - InvestAZ İnvestisiya Şirkətinin analitiki İlkin Alıyev dünya birjalarında cari vəziyyət haqqında danışır. 



Avro və Funtun qiymətləri fonunda qeyri-müəyyənlik. 

Beynəlxalq maliyyə bazarlarında Avropa Mərkəzi Bankının (AMB) cümə axşamı son üç ildə ilk dəfə faiz azaldılmasına gedə biləcəyi qərarı öncəsi ticarət aktivliyinin azaldığı müşahidə edilir. 

Amerika Mərkəzi Bankının (FED) uçot faiz dərəcələrində faiz azaldılmasına gedə biləcəyi ehtimallarına təsir edə biləcək hadisələr də diqqət mərkəzindədir. 

Bununla yanaşı, İngiltərədə daxili siyasi proseslər də risk iştahının azalmasına səbəb olmaqdadır. 

Beləliklə, EUR/USD məzənnə 1.11, GBP/USD məzənnəsi 1.24$-ın altında ticarət edilməkdədir. 


Brent 63$ müqaviməti ətrafında dalğalanmaqda. 

Enerji birjalarında isə Avropanın Brent markalı neftinin bir barel qiyməti 63$-a ticarət edilir və sözügedən səviyyənin üzərində ticarət edilməkdə davam edərsə, bu, 65$-a kimi bahalaşa biləcəyi proqnozlarını da artıracaqdır.