Avro və Funtda sürətli bahalaşma

05 Sentyabr 2018

Beynəlxalq valyuta birjalarında funt sterlinq və avronun dollara nisbətən qiymətləri Amerika sessiyasının açılışı ilə bahalaşmağa başlayıb.

Avro və Funtda sürətli bahalaşma

Beynəlxalq valyuta birjalarında funt sterlinq və avronun dollara nisbətən qiymətləri Amerika sessiyasının açılışı ilə bahalaşmağa başlayıb. Bahalaşma iyun ayından etibarən formalaşmağa başlayan gözləntilərin maliyyə bazarlarında güclənməsi ilə əlaqələndirilir. 


AMB-nin yumşaq siyasətdən uzaqlaşması və "BoE"-nin faiz artımı gözləntiləri. 

Maliyyə bazarlarında EUR/USD və GBP/USD məzənnələrində bahalaşma, iyun ayının ortalarından etibarən qlobal eniş dalğasınının zəifləməsinin növbəti mərhələsi ilə əlaqələndirilir. Belə ki, iyun ayında Avropa Mərkəzi Bankının (AMB) istiqraz alışı proqraımın aylıq həcminin 30 milyard avrodan 15 milyard avroya kimi azaldılması və Avropada Yunanıstan böhranının artıq sona çatmasının elan edilməsi, iqtisadiyyata dair nikbinliyin artmasına səbəb olmuşdur. Bununla yanaşı, İngiltərə Mərkəzi Bankının (ing.: "BoE") iyun ayında İdarə Heyəti üzvləri arasında faiz artımı tərəfdarlarının sayının artması, funt sterlinqdə o zamanki sürətli ucuzlaşmada yavaşlama müşahidə edilməyə başladı. 


Həllini gözləyən digər siyasi və iqtisadi risklərin mövcudluğu da diqqət mərkəzindədir. 

Qısa müddətli perspektivdə Avropa və İngiltərə iqtisadiyyatlarında risklərin artmasına təsir edə biləcək xəbərlər və dolların qiymətində bahalaşma, avro və funtda ucuzlaşmanın davam etməsinə təsir etmişdir. AMB tərəfindən ilin sonuna dair iqtisadi inkişaf və inflyasiya göstəricilərinin azaldılması, siyasi risklərin mövcudluğu və BREXIT danışıqlarında ciddi irəliləyişlərin olmaması mövzu acıdan investorların diqqət mərkəzindədir. Lakin ucuzlaşma dinamikasının zəifləməsi və artıq avqust ayının ortalarından etibarən hər iki maliyyə alətində bahalaşmanın şahidi oluruq. 


İyun ayından etibarən gözləntilərdə dönüşün avro və funta təsirləri haqqında danışmaq tez ola bilər. 

Hal-hazırda müvafiq olaraq 1.16$ və 1.29$-ın üzərində ticarət edilən EUR/USD və GBP/USD məzənnələrində cari bahalaşmanın yuxarıdakı fikirləri bir daha təsdiq etməsi üçün müvafiq olaraq 1.17 və 1.30$-ların yuxarı istiqamətdə qırmaları və üzərlərində möhkəmlənmələri önəmlidir. Yəni 1.17 və 1.30$ önəmli müqavimət səviyyələrinin yuxarı istiqamətdə qırılması, o deməkdir ki, sözügedən fundamental hadisələrin artıq maliyyə bazarlarında qiymətlərə öz təsirlərini daha güclü göstərməyə başlayıb. 


Bu gün Amerika sessiyasında ABŞ ilə Kanada arasında "NAFTA" ticarət sazişi fonunda danışıqların növbəti mərhələsi və bununla bağlı açıqlamalar və cümə günü dərc ediləcək Amerikanın əmək bazarı ilə bağlı önəmli fundamental məlumatların da məzənnələrə güclü təsir edə biləcəyi gözlənilir.