Avro və Funtda ucuzlaşma

10 Mart 2020

Cari həftə ərzində mərkəzi bankların və hökümətlərin artan iqtisadi risklər fonunda tədbirlər planlarına dair xəbərlər diqqət mərkəzində olacaqdır.

Avro və Funtda ucuzlaşma

ABŞ höküməti yeni tədbirlər planı açıqlayacaq. 

Beynəlxalq valyuta birjalarında Amerika hökümətinin iqtisadiyyata dəstək olmaq üçün bu gün yeni tedbirlər planı açıqlayacağına dair xəbərlərin yayılmasından sonra dolların aparıcı valyutalara nisbətən qiymətlərində bahalaşma müşahidə edilib. 


Avrozonada iqtisadi risklər artır. 

Bununla yanaşı, Avropada da iqtisadi risklərin artması, Avropa Mərkəzi Bankının siyasətinin daha da yumşalda biləcəyi və beləliklə, EUR/USD məzənnəsinin də ucuzlaşa biləcəyi ehtimallarını artırıb. 


İngiltərə iqtisadiyyatı təzyiq altında. 

Breksit fonunda İngiltərə iqtisadiyyatının da zəifləyəcəyi və İngiltərə Mərkəzi Bankının da faiz azaldılmasına gedə biləcəyi ehtimallarının artması fonunda funt sterlinq də təzyiq altındadır. 

Bu baxımından İngiltərə hökümətinin sabah açıqlayacağı yeni büdcə siyasəti də investorların diqqət mərkəzindədir.