Avro və Funtun qiymətləri fonunda qeyri-müəyyənlik

16 Noyabr 2018

ABŞ-da iqtisadi göstəricilərin qarışıq açıqlanması və İngiltərə ilə AB arasında Breksit müzakirələri dünya birjalarında qeyri-müəyyənliyin artırıb.

Avro və Funtun qiymətləri fonunda qeyri-müəyyənlik

Beynəlxalq valyuta birjalarında Avrozona və İngiltərədə siyasi və iqtisadi risklərin aktuallığı avro və funtun dollara nisbətən qiymətlərini təzyiq altında saxlamaqdadır. Belə ki, EUR/USDGBP/USD məzənnələri yenidən ucuzlaşaraq, müvafiq olaraq 1.14 və 1.28$-ın altında ticarət edilməkdədir.


Bununla yanaşı, ABŞ iqtisadiyyatına dair açıqlanan qarışıq fundamental məlumatlar da dolların gələcək istiqaməti fonunda qeyri-müəyyənliyin artmasına səbəb olmaqdadır. 


Qızılda bahalaşma. 

Siyasi risklər əlvan metallar bazarlarında da qızıla olan tələbin artmasına səbəb olub. Qızılın bir unsiya üzrə qiyməti 1214$-a ticarət edilir və 1216$-ı da yuxarı istiqamətdə qıraraq üzərində möhkəmlənərsə, 1225$-a kimi də dəyər qazana bilər.