Avro və Lirə noyabrın minimumlarında, Neftdə korreksiya

28 Noyabr 2019

Avro və Lirə noyabrın minimumlarında ticarət edilir və daha da ucuzlaşacaqları proqnozları gündəmdədir. Brent neftində də korreksiya müşahidə edilir.

Avro və Lirə noyabrın minimumlarında, Neftdə korreksiya

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətləri bahalaşmaqda davam edir və bahalaşmanın son iki ilin maksimumuna kimi də davam edə biləcəyi proqnozlaşdırılır. 

Beləliklə, EUR/USD məzənnəsi noyabrın minimumlarında, USD/TRY məzənnəsi isə maksimumlarında ticarət edilməkdədir. 

Enerji birjalarında isə Avropanın Brent nefti 65$-a kimi dəyər qazandıqdan sonra ABŞ-dan dərc edilən ehtiyatlarla bağlı göstəricilərdən sonra ucuzlaşıb və çərşənbə gününün minimumu qırılarsa, korreksiya cari həftənin minimumuna kimi dərinləşə bilər.