02.09.2019 Avro və Lirə ucuzlaşır

02.09.2019
Beynəlxalq Birjalarının cari vəziyyəti ilə bağlı xəbərdar olmaq üçün bizi izləyin

02.09.2019 - InvestAZ İnvestisiya Şirkətinin analitiki İlkin Alıyev dünya birjalarında cari vəziyyət haqqında danışır. 



Avronun 1.09$- kimi ucuzlaşacağı proqnozları artır. 

Avropa mərkəzi bankının faizlərini daha da azalda biləcəyi ehtimalları və bank sektorunda müşahidə edilən durğunluq, Avrozona iqtisadiyyata da mənfi təsir edir. Bu, avronun ucuzlaşmasına səbəb olmaqla yanaşı, növbəti eniş dalğası üzrə proqnozları da gücləndirir. Təhlillərə əsasən, 1.10$-ın altında ticarət edilən EUR/USD məzənnəsi, 1.09$-a kimi də ucuzlaşa bilər. 


USD/TRY yenidən 6TL-yə kimi bahalaşa bilər. 

Türkiyənin xarici siyasətində risklərin artması, USD/TRY məzənnəsinə də mənfi təsir edir. Məzənnənin bahalaşması, xarici ticarətində mənfi saldonun və dövlət borcunun artmasına təsir edir ki, beləliklə əlavə risklər yaranır. Dollar/Lirə məzənnəsi 5.88TL-ni yuxarı istiqamətdə qırarsa, 6.03TL-yə kimi də bahalaşa bilər. 


Neftin bazarı qiymətlərində stabillik. 

Qlobal siyasi və iqtisadi risklərin növbəti mərhələyə yüksəlməsi, enerji birjalarında neftə olan tələbin də azalmasına səbəb olub. Lakin Avropanın Brent neftinin avqust ayı ərzində 61-58$ aralığında ticarət edilməsi, cari qiymətlərin güclü dəstək səviyyələri olmasına işarədir və bu aralıqda ticarətə davam edə biləcəyi də proqnozlaşdırılır.