Avro və Lirə ucuzlaşmaqda

07 Avqust 2018

Valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərinin bahalaşması dinamikası zəifləsə də bu gün yenidən güclənə biləcəyi gözlənilir.

Avro və Lirə ucuzlaşmaqda

Dünya valyuta birjalarında EUR/USD məzənnəsi ucuzlaşmaqda davam edir. Artıq  1.1560$-ın altında ticarət edilən avronun qiyməti, 1.1530$-ı da aşağı istiqamətdə qırarsa, 1.1500 və 1.1447$-a kimi də ucuzlaşa bilər.


Türkiyə maliyyə bazarlarında isə Dollar/Lirə məzənnəsi 5.42TL-yə kimi bahalaşdıqdan sonra  5.28TL-yə kimi korreksiya edib. Məzənnə 5.32TL-ni yenidən yuxarı istiqamətdə qırarsa, yenidən 5.35 və 5.42TL-yə kimi bahalaşa biləcəyi proqnozlaşdırılır.


Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 10:00 və 18:00-da müvafiq olaraq dərc ediləcək Almaniyanın sənaye və xarici ticarət dövriyyəsi və Amerikada boş iş yerlərinin sayı ilə bağlı önəmli fundamental məlumatlar da diqqət mərkəzindədir və dünya birjalarında güclü dalğalanma gözlənilir.