Avro və Lirə yenidən ucuzlaşa bilər

17 Avqust 2018

Beynəlxalq birjalarında həftənin son ticarət günü dolların aparıcı valyutalara nisbətən orta qiyməti qlobal artım dalğası fonunda daha bahalaşa bilər.

Avro və Lirə yenidən ucuzlaşa bilər

Dünya valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən orta qiyməti yenidən bahalaşmağa başlayıb. Qiymət cari həftənin minimum səviyyəsi üzərində qaldıqca, daha da bahalaşa biləcəyi proqnozlaşdırılır.


Beləliklə, EUR/USD məzənnəsi 1.14$-ın altında ticarət edilir və bu səviyyənin altında qaldıqca, yenidən 1.13 və 1.12$-a kimi ucuzlaşa bilər. Türkiyə maliyyə bazarlarında da USD/TRY məzənnəsində korreksiya 5.76TL-yə kimi dərinləşdikdən sonra bahalaşmağa başlayıb və 6.23TL-yə kimi bahalaşa bilər.


Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 13:00-da dərc ediləcək Avrozonanın inflyasiya ilə bağlı vacib göstəricilər də investorlar tərəfindən böyük maraqla gözlənilir.