Avro və Lirə yenidən ucuzlaşır

04 Oktyabr 2018

Foreks bazarlarında dolların son bir ayın maksimum səviyyəsini qırması, investorların diqqət mərkəzində. Neft qiymətlərində də maksimumlar yenilənməkdə.

Avro və Lirə yenidən ucuzlaşır

Dünya valyuta birjalarında Amerikanın xidmət sektoru ilə bağlı önəmli statistik göstəricilərin müsbət açıqlanması, dolların aparıcı valyutalara nisbətə qiymətlərinin son bir ayın maskimum səviyyəsini qırmasına səbəb olub. Nəticədə EUR/USD məzənnəsi 1.15$-a kimi ucuzlaşıb və bu səviyyənin altında qalarsa, 1.13$-a kimi də ucuzlaşa biləcəyi proqnozlaşdırılır.


Türkiyə maliyyə bazarlarında da dolların lirəyə nisbətən məzənnəsi 6.09TL-yə kimi bahalaşıb və sözügedən səviyyənin üzərində möhkəmlənərsə, 6.22 və 6.33TL-yə kimi də bahalaşa bilər. Türkiyədə inflayasiyanın da artması, lirəyə qarşı təzyiqləri artır.


Brent nefti 90$-a kimi də bahalaşa bilər. 

Enerji bazarlarında isə neft qiymətləri dəyər qazanmaqda davam edir. Artıq 87$-a kimi bahalaşan Avropanın Brent markalı neftinin bir barel qiymətinin 90$-a kimi də dəyər qazana biləcəyi proqnozları güclənir.


Qeyd etmək lazımdır ki, sentyabr ayının sonlarında "OPEC+" ölkələrinin Əlcəzair şəhərində baş tutan qeyri-rəsmi toplantısında verilən yekun bəyanatda Amerika prezidenti Donald Trampın neft qiymətlərinin ucuzlaşdırılmasına təsir edilməsinin önəmliyi vurğulamasına baxmayaraq, hasilat səviyyələrini artırmayacaqlarını açıqlamışdılar.