Avro və Lirədə bahalaşma

13 Fevral 2019

Foreks bazarlarında dünyada siyasi və iqtisadi risklərin olduğu bir şəraitdə avro və lirədə müşahidə edilən bahalaşma texniki səbəblərlə əlaqələndirilir.

Avro və Lirədə bahalaşma

Beynəlxalq maliyyə bazarlarında EUR/USD məzənnəsi təqribən son iki həftə ərzində 2% ucuzlaşdıqdan sonra bahalaşmağa başlayıb və hal-hazırda dünya birjalarında 1.13$-a ticarət edilməkdədir. Bahalaşma texniki səbəblərlə əlaqələndirilir.


Türkiyə birjalarında da lirənin qiyməti çərşənbə axşamı 5.24TL-yə kimi 1% bahalaşıb.


Bu gün Bakı vaxtı ilə saat 17:30-da Amerikada inflyasiyaya dair önəmli statistik məlumatların yayımlanması da investorlar tərəfindən böyük maraqla gözlənilir və dünya birjalarında aktivlik daha da artacaqdır.