Avro və Lirədə növbəti eniş dalğası

15 Avqust 2018

AB və Türkiyə ilə bağlı açıqlanan siyasi və iqtisadi məlumatlar, avro və lirə kimi valyutaların dollara nisbətən məzənnələrinin ucuzlaşmalarına təsir edir.

Avro və Lirədə növbəti eniş dalğası

Dünya valyuta birjalarında EUR/USD məzənnəsi 1.13$-a kimi ucuzlaşdı və 1.1292$-ı da aşağı istiqamətdə qırarsa, 1.1186$-a kimi də ucuzlaşa biləcəyi proqnozlaşdırılır.


Almaniya kansleri Anqela Merkel isə Avropada ümumi AB-maliyyə nazirliyinin yaradılması fikirinə qarşı çıxıb və AB parlamentini ümumi büdcənin idarə ounması üçün uyğun hesab edir. Bütün bunlar isə Avropada siyasi risklərin mövcudluğundan xəbər verir və avronun ucuzlaşmasına təsir edir. Son günlər açıqlanan statistik məlumatlar da Avrozona iqtisadiyyatında inkişafın zəiflədiyini göstərir.


Türkiyə maliyyə bazarlarında USD/TRY məzənnəsi 6.30TL-yə kimi ucuzlaşdıqdan sonra yenidən bahalaşmağa başlayıb. Təhlillərə əsasən, artıq 6.56TL-yə kimi bahalaşan məzənnə 6.60TL-ni də yuxarı istiqamətdə qıraraq üzərində möhkəmlənərsə, 6.80 və 7.10TL-yə kimi də bahalaşa bilər.


Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 11:00 və 16:30-da müvafiq olaraq dərc ediləcək Türkiyənin işsizlik, Amerikanın isə pərakəndə satış dövriyyəsi ilə bağlı önəmli statistik məlumatlar da diqqət mərkəzində saxlanılmalıdır.