Avro və Lirədə ucuzlaşma, Brent neftində bahalaşma

15 May 2018

EUR/USD-da müşahidə edilən ucuzlaşmanin birinci dalğasından sonra korreksiyasının şahidi oluruq. Lirə isə yenidən ucuzlaşır, brent nefti bahalaşmaqda.

Avro və Lirədə ucuzlaşma, Brent neftində bahalaşma

Avronun qiymətində korreksiya. 

Dünya maliyyə bazarlarında EUR/USD məzənnəsi 1.1995$-a kimi bahalaşdıqdan sonra 1.1923$-a kimi korreksiya edib. Təhlillər isə onu göstərir ki, qiymət 1.1900$-ın üzərində qaldıqca, artım dalğasını yenidən bərpa edərək, 1.2050$-a kimi bahalaşa bilər. Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 13:00-da Avrozonanın birinci rüb üzrə iqtisadi inkişaf və gələcək gözləntiləri ölçən indeksin yayımlanması gözlənilir.


Lirə yenidən təzyiq altında: 4:47TL. 

Türkiyə bazarlarında da lirə yenidən ucuzlaşmağa başlayıb. Artıq 2%-ə kimi ucuzlaşan qiymət əlavə olaraq 4.47TL-ə kimi də 2% ucuzlaşa bilər.


Brent: 76$-a kimi korreksiyadan sonra növbəti artım. 

Enerji bazarlarında isə neft qiymətləri növbəti artım dalğasına başlayıb. Yenidən 78$-ın üzərində təklif edilən Avropanın Brent markalı neftin bir barel qiyməti bu səviyyəninin üzərində qaldıqca, 81$-a kimi də dəyər qazanacağı proqnozlaşdırılır.