Avro və lirədə ucuzlaşma

30 Yanvar 2018

Çərşənbə günü saat 14:00-da açıqlanacaq önəmli fundamental məlumatlar öncəsi investorların ehtiyatlı mövqeyi.

Avro və lirədə ucuzlaşma

Avronun qiymətində korreksiya. 

Dünya valyuta birjalarında avronun qiyməti çərşənbə günü Bakı vaxtı ilə saat 14:00-da açıqlanacaq Avropanın inflyasiyası ilə bağlı önəmli fundamental məlumatlar öncəsi 1.23$-a kimi 2% ucuzlaşıb. Avronun qiymətində artım dalğasının yenidən güclənməsi üçün 1.2463$-a kimi bahalaşması və üzərində möhkəmlənməsi lazımdır.

EUR/USD məzənnəsi keçən həftə 1.25$-a kimi bahalaşaraq, son üç ilin maksimum səviyyəsini yeniləmişdi.

Lirənin qiymətində ucuzlaşma. 

Lirənin də qiyməti 2% ucuzlaşıb. Təhlillərə əsasən, hal-hazırda 3.79TL üzərində ticarət edilən USD/TRY məzənnəsi, bu səviyyənin üzərində qalarsa, 3.82TL-ə kimi də bahalaşa bilər.