Avro və Lirəyə qarşı təzyiqlər artır

27 İyul 2018

Avropa Mərkəzi Bankının sədri Mario Draqinin çıxışı avronun bahalaşmasına səbəb ola bilməyib və dolların qiymətləri bahalaşır. Lirə də təzyiq altında.

Avro və Lirəyə qarşı təzyiqlər artır

Avroya və Lirəyə qarşı təzyiqlər artır. 

Dünya valyuta birjalarında avronun qiyməti AMB sədrinin çıxışından sonra 1.16$-a kimi 1% ucuzlaşıb və 1.1616$-ı da aşağı istiqamətdə qırarsa, 1.1574 və 1.1534$-a kimi də ucuzlaşa biləcəyi proqnozlaşdırılır.

Türkiyə maliyyə bazarlarında isə Dollar/Lirə məzənnəsi 4.86TL-yə kimi bahalaşıb və 4.88TL-ni də yuxarı istiqamətdə qıraraq, üzərində möhkəmlənərsə, 4.94TL-yə kimi də bahalaşa bilər.


ABŞ-dan önəmli ÜDM göstəricisi açıqlanacaq. 

Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 16:30-da ABŞ-dan rüblük iqtisadi inkişaf göstəricisi açıqlanacaqdır və maliyyə bazarlarında böyük dalğalanmalara səbəb ola biləcəyi gözlənilir.