Bu gün "FED"-in faiz qərarı açıqlanacaq

13 Dekabr 2017

Avro və Lirəyə qarşı təzyiqlər qalmaqdadır, neft qiymətlərində isə yeni artım dalğası müşahidə oluna bilər.

Bu gün "FED"-in faiz qərarı açıqlanacaq

Avroya qarşı təzyiqlər qalmaqdadır. 

Dünya valyuta birjalarında EUR/USD valyuta cütlüyünün qiyməti 1.18$-ın altında ticarət edilir. Məzənnə üzrə təhlillər əsasən, qiymət 1.18$-ın altında qaldıqca, 1.1707 və 1.1650$-a kimi ucuzlaşa bilər.

Qeyd etmək lazımdır ki, avroya təzyiq edən amillər bu gün Bakı vaxtı ilə saat 23:00-da Amerika Mərkəzi Bankının (FED) faiz artımına gedəcəyi gözləntilərinin yüksək olması və Avrozona iqtisadiyyatında makro iqtisadi göstəricilərin zəif açıqlanmasıdır.

USD/TRY yenidən 3.90TL-ə kimi bahalaşa bilər. 

Türkiyə maliyyə bazarlarında isə USD/TRY məzənnəsi 3.84TL-ə ticarət edilir və cütlük üzrə qiymət 3.84TL-nin üzərində möhkəmlənərsə, 3.90TL-ə kimi bahalaşacağı proqnozlaşdırılır.

Neftdə yeni artımın şahidi ola bilərik. 

Enerji bazarlarında də Avropanın Brent markalı neftinin bir barel qiyməti 65.69$-a kimi bahalaşdıqdan sonra 63.86$-a kimi ucuzlaşıb. Lakin təhlillər qiymətin 63.60$-ın üzərində ticarət edildikcə, yenidən 66 və 68$-a kimi bahalaşa biləcəyini göstərir.