Avro və neft qiymətləri bahalaşmaqdadır

09 Aprel 2019

Beynəlxalq valyuta birjalarında dolların ucuzlaşmaqda davam etməsi, avro və neft qiymətlərinin dəyər qazanmasına səbəb olur.

Avro və neft qiymətləri bahalaşmaqdadır

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətləri ucuzlaşmaqda davam edir və keçən həftənin dəstək səviyyəsini də qırarsa, 0.7%-ə kimi də ucuzlaşa bilər.


EUR/USD məzənnəsi də 1.1284$-ı yuxarı istiqamətdə qırarsa, 1.1331$-a kimi bahalaşa biləcəyi proqnozlaşdırılır.


Enerji birjalarında da neft qiymətləri dəyər qazanmaqda davam edir. 71$-ın üzərində təklif edilən bir barel üzrə Brent nefti 73$-a kimi də dəyər qazana bilər.