09.08.2019 Avro və Neftdə ucuzlaşma, Qızılda bahalaşma

09.08.2019
Beynəlxalq Birjalarının cari vəziyyəti ilə bağlı xəbərdar olmaq üçün bizi izləyin

09.08.2019 - InvestAZ İnvestisiya Şirkətinin analitiki İlkin Alıyev dünya birjalarında cari vəziyyət haqqında danışır. 



Avroda korreksiya davam edir. 

Beynəlxalq maliyyə bazarlarında EUR/USD məzənnəsi cari həftənin maksimum və minimum səviyyələri aralığında dalğalanmaqda davam edir və korreksiya 1.1138$-a kimi də dərinləşə bilər. Avropada, xüsusilə də İtaliyada siyasi risklərin artması, Almaniya ilə bağlı fundamental göstəricilərin mənfi açıqlanması, avroya təsir edən əsas amillərdir. 


Qlobal risklərin artması nefti ucuzlaşdırır, qızılı bahalaşdırır. 

Dünyada siyasi və iqtisadi risklərin artması, neftə olan tələbin də azalmasına və beləliklə, qiymətlərin ucuzlaşmasına təsir etməkdədir. Təhlillərə əsasən, Avropanın Brent neftinin bir barel qiyməti 59$-ın altında qaldıqca, 50$-a kimi də ucuzlaşa bilər.

Əlvan metallar bazarlarında isə qızıla olan tələbin artması müşahidə edilir. Son altı ayın maksimum səviyyələrində ticarət edilən qızılın bir unsiya üzrə qiymətinin 1551$-a kimi də dəyər qazana biləcəyi proqnozlaşdırılır.