07.10.2019 Avro və Qızılda satışlar, Neftə bahalaşma

07.10.2019
Beynəlxalq Birjalarının cari vəziyyəti ilə bağlı xəbərdar olmaq üçün bizi izləyin

07.10.2019 - InvestAZ İnvestisiya Şirkətinin analitiki İlkin Alıyev dünya birjalarında cari vəziyyət haqqında danışır. 



EUR/USD 1.10$-ın altında ticarət edilir. 

Amerika ilə Avropa Birliyi (AB) arasında da ticarət böhranın növbəti gərgin səviyyəyə yüksəlməsi, Avrozonada iqtisadi gözləntilərə mənfi təsir etməklə yanaşı, EUR/USD məzənnəsi üzrə satış proqnozlarını da artırır. Təhlillər məzənnənin 1.08$-a düşəcəyini ehtimal etməyə əsas verir. 


Brent nefti 62$-a kimi dəyər qazana bilər. 

Enerji birjalarında Avropanın Brent markalı neftinin bir barel qiyməti son iki ticarət günüdür bahalaşır və 62$-a kimi də dəyər qazana bilər. Bahalaşmaya səbəb İraqın neft hasilatı regionlarında iğtişaşların artması və Amerikanın neft qurğularının sayında azalmadır. 


Qızıla olan tələb azala bilər. 

ABŞ və Çin arasında ticarət böhranına dair son zamanlar müsbət xəbərlərin yayılması, əlvan metallar bazarlarında da qızıl qiymətinin 1519$-da (48.9 $/qram) müqavimətlə rastlaşmasına səbəb olub. Bir unsiya üzrə qiymət sözügedən səviyyənin altında qaldıqca, yenidən avqust ayının minimumlarına doğru ucuzlaşa bilər.