Avro və qızılda ucuzlaşma, Lirədə həssas dalğalanma

18 Yanvar 2018

Dolların qiymətində müşahidə edilən bahalaşma və "TCMB"-nin faiz qərarı bu gün investorların diqqət mərkəzində olacaqdır.

Avro və qızılda ucuzlaşma, Lirədə həssas dalğalanma

Avronun qiymətində ucuzlaşma. 

Beynəlxalq maliyyə bazarlarında avronun qiyməti 1.22$-a kimi ucuzlaşıb. Təhlillərə əsasən, EUR/USD məzənnəsində eniş dalğasının daha da güclənməsi üçün 1.2150$-ın aşağı istiqamətdə qırılması və altında qalması önəmlidir. Bundan sonra ucuzlaşma 1.2060$-a kimi də davam edə bilər.


Lirədə həssas dalğalanma. 

Türkiyə maliyyə bazarlarında isə xarici siyasi risklərin artması ilə dalğalanmanın gücləndiyi müşahidə edilir. Belə ki, USD/TRY məzənnəsi gün ərzində 3.83TL-ə kimi bahalaşdıqdan sonra bir dəfə 3.79TL-ə kimi ucuzlaşıb və bir dəfə də 3.82TL-ə kimi bahalaşıb. Ümumilikdə isə qiymət 3.83TL-nin altında qaldıqca, 3.80TL-nin aşağı istiqamətdə qırılması ilə yenidən 3.78TL-ə kimi ucuzlaşa bilər.

Bununla yanaşı, bu gün Türkiyə Mərkəzi Bankının ("TCMB") faiz qərarı da investorların diqqət mərkəzindədir.


Qızılın qiymətində ucuzlaşma. 

Əlvan metallar bazarlarında isə qızılın qiyməti 1345$-a kimi bahalaşdıqdan sonra 1324$-a kimi ucuzlaşıb. Qiymət sonuncu səviyyənin altında qalarsa, 1302$-a kimi də ucuzlaşa bilər.