Avro yenidən ucuzlaşır, Brent nefti yenidən bahalaşır

01 May 2018

Avro kimi aparıcı valyutaların dollara nisbətən məzənnələrində ucuzlaşma davam etməkdə, enerji bazarlarında isə Brent nefti 78$-a kimi bahalaşa bilər.

Avro yenidən ucuzlaşır, Brent nefti yenidən bahalaşır

Dünya valyuta birjalarında EUR/USD məzənnəsi 1.21$-ın altında ticarət edilməkdədir və bu səviyyənin altında qaldıqca, 1.20$-a kimi də 0.6% ucuzlaşa biləcəyi proqnozlaşdırılır.


Türkiyə bazarlarında da dollar yenidən bahalaşaraq, 4.05TL-ın üzərində ticarət edilməkdədir. Qiymət bu səviyyənin üzərində qaldıqca, 4.09TL-a kimi də bahalaşa bilər.


Enerji bazarlarında isə Avropanın Brent nefti yenidən bahalaşaraq, son 3 ilin maksimum səviyyəsini yeniləyib. Təhlillərə əsasən, qiymət 75.51$-ın üzərində qalarsa, 78.08$-a kimi də dəyər qazana bilər.