Avroda aktivlik digər bazarlara da təsir edə bilər

22 Fevral 2019

Beynəlxalq maliyyə bazarlarında bu gün avronun qiymətində aktivlik daha da artarsa, bu, digər bazarlara da öz təsirini göstərə bilər.

Avroda aktivlik digər bazarlara da təsir edə bilər

Almaniyadan ÜDM və Avrozonadan inflyasiya göstəriciləri açıqlanacaq. 

Beynəlxalq valyuta birjalarında bu gün Avrozonadan açıqlanacaq önəmli statistik məlumatlar fonunda avronun qiyməti 1.1336$-a ticarət edilməkdədir. Bakı vaxtı ilə saat 11:00-da Almaniyanın iqtisadi inkişaf sürəti və saat 14:00-da Avrozonada inflyasiyaya dair önəmli fundamental məlumatlar yayımlanacaqdır.


EUR/USD məzənnəsində 0.6%-lik bahalaşma proqnozları. 

Təhlillərə əsasən, EUR/USD məzənnəsi 1.1370$-ı yuxarı istiqamətdə qırarsa, 1.1436$-a kimi 0.6% bahalaşa bilər. 

Qeyd etmək lazımdır ki, Avronun qiymətində dalğalanma, digər maliyyə alətlərində də güclü aktivliyə səbəb ola bilər.


Brent nefti 68.34$-a kimi də dəyər qazana bilər. 

Enerji birjalarında isə Brent neftinin bahalaşması dinamikası zəifləyib. Lakin buna baxmayaraq, 66.90$-a ticarət edilən Brent neftinin bir barel üzrə qiyməti, 68.34$-a kimi də dəyər qazana bilər.