Avroda bahalaşma yenidən güclənə bilər

28 Yanvar 2019

Avronun qiymətlərində günün birinci yarısında müşahidə edilən korreksiya növbəti artım dalğası ilə əvəz edilib və daha da bahalaşa biləcəyi proqnozlaşdırılır.

Avroda bahalaşma yenidən güclənə bilər

EUR/USD məzənnəsi sonuncu güclü artım dalğasından sonra günün birinci yarısında korreksiya etdikdən sonra günün ikinci yarısında 1.1389$-da dəstək alaraq, artım dalğasını bərpa etdiyinin şahidi oluruq. Lakin "Buğa mövqeyi"-ndə olan treyderlər üçün günün maksimum səviyyəsi - 1.1425$-ın yuxarı istiqamətdə qırılması önəmli hesab edilir. Bundan sonra avroda artım dalğasının yenidən güclənə biləcəyi proqnozlaşdırılır. 


Təhlillərə əsasən, EUR/USD valyuta cütlüyünün qiyməti 1.1425/30$-ı yuxarı istiqamətdə qırarsa, 1.1489$-a kimi də bahalaşa bilər.