Avroda eniş 1.12$-a kimi davam edə bilər

31 Oktyabr 2018

Dünya birjalarında dollara olan tələbin daha da artması, avro və qızıl qiymətlərini təzyiq altında saxlayır. Volatilliyin daha da artması gözlənilir.

Avroda eniş 1.12$-a kimi davam edə bilər

Beynəlxalq valyuta birjalarında EUR/USD məzənnəsi ucuzlaşaraq, artıq 1.13$-a ticarət edilir və bu səviyyənin altında qalarsa, qlobal eniş dalğasının 1.12$-a kimi də davam edə biləcəyi proqnozlaşdırılır. Bununla yanaşı, Bakı vaxtı ilə saat 14:00-da yayımlanacaq Avropanın inflyasiya ilə bağlı önəmli fundamental məlumatları da investorların diqqət mərkəzindədir. 


Qızılda ucuzlaşma. 

Əlvan metallar bazarlarında qızılın qiyməti ucuzlaşaraq 1217$-a sentə ticarət edilir və bu səviyyənin altında qalarsa, 1211$-a kimi də ucuzlaşa bilər.


Neft qiymətləri diqqət mərkəzində. 

Enerji bazarlarında isə saat 18:30-da açıqlanacaq Amerikanın neft ehtiyatları ilə bağlı statistik göstəricilər öncəsi Avropanın Brent nefti 76$ ətrafında ticarət edilməkdədir. Məlumatların neft qiymətlərində güclü dalğalanmaya təsir edə biləcəyi gözlənilir.