Avroda eniş meylləri davam edir

11 Fevral 2019

Beynəlxalq valyuta birjalarında avronun qiymətində cari ucuzlaşmanın 1.1180$-a kimi davam etdikdən sonra yenidən bahalaşa biləcəyi proqnozlaşdırılır.

Avroda eniş meylləri davam edir

EUR/USD cütlüyünün H4 qrafikinə nəzər yetirdikdə, qiymətlərin dəstək hədlərinə yaxınlaşdığını görərik. 


Qiymətlər 1.1280 hədlərinin altında qalmağı bacararsa, 1.1250 və 1.1180 hədlərinə qədər enişini davam etdirə bilər. 


Məhz 1.1180 qiymətinin fibonaçinin 61.8%-nə təsadüf etdiyini nəzərə alsaq, bu hədlərdən EUR/USD cütlündə yenidən növbəti artım istiqamətli hərəkətliliyin başlaması ehtimal edilir.