Avroda həm alış və həm də satış proqnozlar güclüdür

25 Fevral 2019

Beynəlxalq valyuta birjalarında avronun qiymətində müşahidə edilən cari tendensiya hər iki istiqamətdə hədəfləri nəzərə almağa məcbur edir.

Avroda həm alış və həm də satış proqnozlar güclüdür

Foreks bazarlarında hal-hazırda dünya maliyyə bazarlarında 1.1350 hədlərində ticarəti aparılan EUR/USD cütlüyündə qiymətlər 1.1370 həddinin üzərində möhkəmlənməyi bacararsa, 1.1390 və 1.1449 hədlərinə qədər artımlar qeydə alına bilər. 


Eniş istiqamətli hərəkətliliyin bərpası üçün isə qiymətlərin 1.1330 həddinin altına düşməsi gərəkdir. Bundan sonrakı dəstək hədləri kimi isə 1.1290 və 1.1252 hədləri çıxış edir.