Avroda korreksiya ehtimalları

13 Sentyabr 2019

EUR/USD məzənnəsinin 1.11100 həddini keçə bilməməsi lokal korreksiya dalğasının yarana bilmə ehtimallarını gücləndirdi.

Avroda korreksiya ehtimalları

Avro Dollar cütlüyü sürətli artım sonrası 1.11100 həddi üzərinə qalxmağa cəhd etsə də, bu səviyyə üzərində möhkəmlənə bilmədi.

Cütlüyün 1.11100 həddini keçə bilməməsi lokal korreksiya dalğasının yarana bilmə ehtimallarını gücləndirdi. Korrektiv dalğalanmanın başlaması nəticəsində qiymətin 1.10547, 1.10144 səviyyələrinə kimi geri çəkiləcəyi ehtimal edilir. 

1.11100 həddinin qırılacağı təqdirdi artımın növbəti hədəfi 1.11628 olacaq.