Avroda korreksiya, qızıl və lirədə bahalaşma

07 Avqust 2019

Beynəlxalq maliyyə bazarlarında Amerika müdafiə nazirinin Yaponiyada baş nazir ilə görüşü fonunda açıqlamaları volatilliyi artırıb. Avroda korreksiya.

Avroda korreksiya, qızıl və lirədə bahalaşma

Avropa mərkəzi bankının qərarı öncəsi avroda korreksiya. 

Beynəlxalq maliyyə bazarlarında Avropa mərkəzi bankının faiz qərarında günlər qalmış, avronun qiyməti cari həftənin maksimum və minimum səviyyələri aralığında ticarət edilməkdədir. Korreksiyanın 1.1137$-a kimi dərinləşə biləcəyi proqnozlaşdırılır. 


Qızıla tələb artır, qiymət 1514$-a kimi bahalaşa bilər. 

Qlobal siyasi və iqtisadi risklərin daha da artması isə əlvan metallar bazarlarında qızıla olan tələbin artmasına səbəb olur. Qızılın bir unsiya üzrə qiyməti bu gün səhər saatlarında Amerika müdafiə nazirinin Çin və Türkiyə ilə bağlı açıqlamalarından sonra 1490$-a kimi 2%-ə kimi bahalaşıb və 1514$-a kimi də dəyər qazana biləcəyi proqnozlaşdırılır. 


Lirədə bahalaşma güclənir. 

Türkiyə mərkəzi bankının faiz azaldılması qərarından sonra ucuzlaşan USD/TRY məzənnəsi maliyyə bazarlarında faizlərin daha da azaldıla biləcəyi ehtimallarının gündəmə gəlməsi ilə daha da ucuzlaşır. Təhlillərə əsasən, məzənnə 5.42TL-yə kimi də ucuzlaşa bilər. 


Bununla yanaşı, Amerika ilə Türkiyə hökümətləri arasında Şimali Suriyada yeni hərbi əməliyyatlar fonunda da münasibətlərin pozulması diqqət mərkəzində saxlanılmalıdır.