Avronun bahalaşması, dolların ucuzlaşması

16 Yanvar 2018

Almaniyada yeni hökümətin qurulması ətrafında danışıqların bərpası avroya olan inamın artmasına təsir edib.

Avronun bahalaşması, dolların ucuzlaşması

Avroda növbəti hədəf: 1.2463$. 

Beynəlxalq maliyyə bazarlarında avronun qiyməti 1.23$-a kimi bahalaşıb. Bununla yanaşı, Almaniyada yeni hökümətin qurulması istiqamətində danışıqlar da investorların diqqət mərkəzindədir. Burada cari həftə ərzində əldə ediləcək irəliləyişlər, avronun qiymətinə daha da dəstək ola bilər. Təhlillərə əsasən, EUR/USD məzənnəsi 1.2305$-ın üzərində möhkəmlənərsə, artım dalğası 1.2463$-a kimi də davam edə bilər. 


Dolların ucuzlaşması, neft və qızılın bahalaşması. 

Avronun bahalaşması, dünya birjalarında dollara olan təzyiqləri də artırır. Artıq son 3 ilin minimum səviyyəsində ticarət olunan dollar, əmtəə bazarlarında neft və qızıl qiymətlərinin də dəyər qazanmasına təsir edir. Belə ki, Avropanın Brent nefti 70.12$-a kimi bahalaşıb, qızılın bir unsiya üzrə qiyməti isə 1240$-ın üzərində təklif edilir.