Avroda ucuzlaşma qızılı bahalaşdıra bilər

27 Sentyabr 2019

EUR/USD məzənnəsinin son iki ilin minimumuna kimi ucuzlaşması gələcək ciddi siyasi və iqtisadi risklərdən xəbər verir.

Avroda ucuzlaşma qızılı bahalaşdıra bilər

Avro 1.08$-a kimi ucuzlaşa bilər

Beynəlxalq valyuta birjalarında Avropa Mərkəzi Bankının yumşaq monetar siyasətini sərt tənqid edən almaniyalı Sabine Lautenşleqer idarə heyətindəki vəzifəsindən istefa verməsi xəbəri avronun son iki ilin minimum səviyyələrinə kimi ucuzlaşmasına səbəb olub. Beləliklə, avronun 1.08$-a kimi də ucuzlaşa biləcəyini proqnozları güclü olaraq qalır. 

Qızılda ucuzlaşma korrektivdir

Avropada siyasi və iqtisadi risklər, dollara olan tələbi artırsa da, Amerika höküməti ətrafında da son günlər siyasi və iqtisadi risklərin artması, digər tərəfdən güvənli maliyyə aləti kimi qızıla olan tələbi də artıra bilər. 

Əlvan metallar bazarlarında qızılın bir unsiya üzrə qiyməti son günlər 1506$-a kimi ucuzlaşsa da və hətta ucuzlaşmanın 1490$-a kimi dərinləşə biləcəyi proqnozlaşdırılsa da bu, müvəqqəti qiymətləndirilir.