Avronun qiyməti 1.1354$-ı qırdı

25 Yanvar 2019

Avro/Dollar valyuta cütülüyünün qiyməti bahalaşaraq, 1.1354$ səviyyəsini qırmaqla bahalaşmanın daha da güclü ola biləcəyi siqnalını verib.

Avronun qiyməti 1.1354$-ı qırdı

EUR/USD məzənnəsi Avropa Mərkəzi Bankının cümə axşamı açıqlamarından sonra 1.1289$-a kimi ucuzlaşdıqdan sonra bahalaşmağa başlayıb. Bahalaşma cümə günü güclənərək, 1.1354$-ın yuxarı istiqamətdə qırılması ilə nəticələnib. Sözügedən göstərici qiymətin 1.1394$-a kimi də bahalaşa biləcəyini proqnozlaşdırmaq üçün önəmli səviyyədir. 


Təhlillərə əsasən, Avro/Dollar məzənnəsi 1.1354$-ın üzərində möhkəmlənərsə, 1.1394 və 1.1424$-a kimi də bahalaşa bilər. Lakin alış əməliyyatları zamanı nəzərə almaq lazımdır ki, qlobal istiqamət eniş istiqamətindədir və alış əməliyyatları qlobal trendə qarşıdır.