Avronun qiymətində bahalaşma gücləndi

18 Fevral 2019

Beynəlxalq valyuta birjalarında avronun qiymətində cari bahalaşmanın 1.14$-a kimi 0.4% güclənə biləcəyi proqnozlaşdırılır.

Avronun qiymətində bahalaşma gücləndi

Avropa sessiyasında avronun qiyməti 1.1294$-a kimi ucuzlaşdıqdan sonra dəstək görərək yenidən bahalaşmağa başlayıb. Maliyyə bazarlarında qiymətin günün müqavimətinin qırılması ilə artım dalğasının 0.4%-ə kimi davam edə biləcəyi proqnozlaşdırılır.


Beynəlxalq maliyyə bazarlarında dolların qiymətlərində ucuzlaşmanın başlaması, digər aparıcı valyutaların qiymətlərində bahalaşmaya təsir edir. Bununla yanaşı, Avropanın səhm bazarlarında da müsbət tendensiya avroya öz müsbət təsirini göstərməkdədir. 


Avrozonanın ən güclü iqtisadiyyatına sahib Almaniyanın DAX indeksi cümə günü 11346 punkta kimi 3% bahalaşmışdır. Bu gün 11252 punkta kimi korreksita edən indeksin yenidən artım dalğasını bərpa edəcəyi proqnozları da güclü olaraq qalır. Səhm bazarlarında qiymətlərin bahalaşması, ölkə iqtisadiyyatı fonunda müsbət siqnaldır. 


Təhlillərə əsasən, EUR/USD valyuta cütlüyünün qiyməti 1.1324$-ı yuxarı istiqamətdə qırarsa, 1.1361$-a kimi də bahalaşa bilər.