Avronun qiymətində çılğınlıq davam edir

12 Yanvar 2018

Avropa Mərkəzi Bank açıqlamasının foreksdə pul siyasətin sərtləşdirilməsi kimi qiymətləndirilməsi avronun bahalaşmasına səbəb olub.

Avronun qiymətində çılğınlıq davam edir

Dünya valyuta birjalarında Avropa Mərkəzi Bankının açıqlamaları EUR/USD məzənnəsinin 1.2066$-a kimi bahalaşmasına təsir edib. Təhlillərə əsasən qiymət 1.2089$-ı da yuxarı istiqamətdə qırarsa, 1.2123$-a kimi də bahalaşa bilər. Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 17:30-da ABŞ-da açıqlanacaq inflyasiya ilə bağlı önəmli statistik məlumatlar da diqqət mərkəzində saxlanılmalıdır.

USD/TRY 3.86TL-ə kimi də bahalaşa bilər. 

Türkiyədə maliyyə bazarlarında da dollar 3.80TL-ə kimi bahalaşdıqdan sonra 3.77$-a kimi ucuzlaşıb və qiymət 3.75TL-ə kimi də ucuzlaşa bilər.

Qızılın qiymətində növbəti artım dalğası. 

Əlvan metallar bazarlarında isə qızılın qiyməti proqnozlaşdırıldığı kimi növbəti artım dalğasına başlayıb. 1330$-a kimi dəyər qazanan qızılın bir unsiya üzrə qiyməti 1326$-ın üzərində qaldıqca, 1357$-a kimi də dəyər qazana bilər.