Avropa ABŞ-ı adekvat cavab verəcəyi ilə təhdid edib

18 Fevral 2019

ABŞ-a idxal olunan avtomobillərin və ehtiyat hissələrinin milli maraqlara təhdid olmasına dair hesabatın yayımlanması investorların diqqət mərkəzində.

Avropa ABŞ-ı adekvat cavab verəcəyi ilə təhdid edib

Avropa Birliyinin komissiyası ABŞ-ın Avropadan idxal olunan avtomobillərə qarşı rüsumlarına qarşı tədbirlərlə hədələyib. Bu haqda Brüssel nümayəndəsi bazar ertəsi açıqlama verib və cavabın "cəld və adekvat" olacağını əlavə edib. 


ABŞ-ın ticarət nazirliyi prezident Donald Trampa hesabat təqdim edib ki, avtomobil və onların ehtiyat hissələrinin idxalı milli maraqlara təhdiddir. Almaniyanın baş naziri Anqela Merkel isə həftə sonu nazirliyin hesabatını tənqid edib. Lakin Amerika höküməti tərəfindən rəsmi açıqlama olmayıb. 


Bugünə kimi 25%-lik gömrük rüsumları müzakirə edilirdi. Bu isə Amerikanın ticarət defisitinin qarşısını almaq və əlavə iş yerlərinin yaradılması məqsədi ilə izah edilirdi. 


Keçən il Vaşinqtonda Tramp ilə AB komissiyasının sədri Jan-Klod Yunker sənaye rüsumlarının aradan qaldırılmasını razılaşdırmışdılar. Bununla yanaşı, bu məqsədə ximdət edən istənilən tədbirin qarşısının alınması qərara alınmışdı. 


AB komissiyası da hər bir addıma qarşı hazır olmaq üçün Amerikadan idxal olunan məhsulların siyahısını hazırlayıb, xüsusilə də Tesla kimi elektron avtomobillərin. 


Komissiya ABŞ-a ixrac olunan avtomobil və onların ehtiyat hissələrinin illik ümumi dəyərinin 50 milyard dollar dəyərləndirib. 


Qeyd etmək lazımdır ki, ölkələr arasında azad ticarən münasibətlərin pozulması, dünya iqtisadiyyatında inkişaf dinamikasının zəifləməsinə təsir edir. Bundan bütün dünya ölkələrin mənfi təsirlənir.