Avropa Amerikaya xəbərdarlıq etdi

03 Oktyabr 2019

Beynəlxalq maliyyə bazarlarında ABŞ ilə AB arasında siyasi və iqtisadi gərginliyin artması investorların diqqət mərkəzindədir.

Avropa Amerikaya xəbərdarlıq etdi

Avropa Birliyi (AB) ABŞ-ı bir daha yeni gömrük rüsumları ilə bağlı xəbərdarlıq edib. "Bu addım ilk növbədə amerikalı istehlakçılara və şirkətlərə zərər verəcəkdir", deyə AB Komissiyasının sözcüsü cümə axşamı açıqlama verib. 

Bununla yanaşı, Avropadan idxal edilən məhsullara qarşı gömrük rüsumları tətbiq etmə,k təyyarə istehsalçıları "Airbus" və "Boing" ətrafında mübahisələri həll etməyi daha da çətinləşdirəcəkdir. 

Komissiya nümayəndəsi subvensiya mübahisəsində Dünya Ticarət Təşkilatının (ing.: "WTO") Amerikanın da qeyri-qanuni hərəkətlərini qeyt etməsini də xatırladıb. Bu səbəbdən yaxın aylarda AB də qarşı addım olaraq yeni gömrük rüsumlarının tətbiqi ilə bağlı qərar qəbul edə bilər. Amerika qərarını ləğv etməsə, AB də buna məcbur qalacaqdır.