Avropa: Daşınmaz əmlak bazarında imkanlar azalır

08 Oktyabr 2018

Avropada daşınmaz əmlak bazarında investisiya imkanları tükənmək üzrədir və bunun Avropa iqtisadiyyatına mənfi təsir edə biləcəyi ehtimalları da yaranıb.

Avropa: Daşınmaz əmlak bazarında imkanlar azalır

Avropada illərdir davam edən daşınmaz əmlak bumu araşdırmalara əsasən sonuna yaxınlaşır. Beynəlxalq daşınmaz əmlak bazarında əksər investorlar artıq aşağı gəlirliliyi yüksək risklərdən üstün tuturlar. Bu haqda bazar ertəsi Almaniyanın Münxen şəhərində  baş tutan "Expo Real" sərgisində dörd böyük investisiya şirkətlərinin menecerləri açıqlayıb. 


ABŞ-ın "Blackrock" investisiya bankının nümayəndəsi Tomas Müller bildirib ki, qabaqda imkanlar kifayət qədər olsa da artıq üçdə birini geridə qoymuşuq. Bununla yanaşı imkanlar da ölkədən ölkəyə dəyişir. İnvestorlar üçün Yunanıstanda yaxşı imkanlar yaxşı olsa da Almaniyada azalıb. Bu haqda məlumatı isə "Hines" investisiya təşkilatının nümayəndəsi Lars Huber əlavə edib. 


"AXA" siğorta təşkilatının üzvü Con Odriskoll bildirib ki, hal-hazırda yaşayış mənzilləri investorlar üçün "yüksələn ulduz" kimidir. Hotellərə, xüsusilə də cənubi Avropa ölkələrində tələbat da yüksəkdir, deyə "M&G Real Estate" təşkilatından vurğulanıb. 


Qeyd etmək lazımdır ki, yuxarıda adı çəkilən təşkilatlar adətən böyük meqapolislərdə yatırımları ilə seçilirlər və menecerlərinin milyardlarla ölçülən investisiya qərarları bazarlara da ciddi təsir edə bilir. 


Avropada daşınmaz əmlak bazarında isgüzar aktivliyin zəifləməsi, inflyasiyaya mənfi təsir etməklə, ümumi iqtisadi aktivliyin də zəifləməsinə səbəb ola bilər. Gün ərzində artıq Almaniyanın "DAX" indeksi 12460 punkta kimi 4% ucuzlaşıb və son 6 ayın minimum səviyyəsini (11862 punkt) qırma təhlükəsi ilə qarşı-qarşıyadır.