Avropa İsveçrənin sazişi imzalamasını tələb edir

19 Fevral 2019

İsveçrənin Avropa Birliyinin daxili bazarında iştirakını tənzimləyən razılaşmanın imzalanmasının ləngidilməsi Brüssel tərəfindən tənqidlə qarşılanıb.

Avropa İsveçrənin sazişi imzalamasını tələb edir

Avropa Birliyi İsveçrəni nəticələri ilə təhdid etməklə, gələcək münasibətləri tənzimləyən sazişlə razılaşmasını tələb edib. Uzun illər aparılan danışıqlar nəticəsində hazırlanan mətnin imzalanması, İsveçrənin Avropanın daxili bazarında iştirakı üzrə gələcək sazişin razılaşdırılması üçün şərtdir. Bu haqda çərşənbə axşamı nazirlərin toplantısından sonra verilən bəyanatda yazılıb.