Avropa Mərkəzi Bankının mətbuat konfransı gözlənilir

26 Aprel 2018

Dünya birjalarında aparıcı valyutaların və qızılın dollara nisbətən qiymətlərinin ucuzlaşması dinamikası zəifləsə də, bu gün yenidən güclənə bilər.

Avropa Mərkəzi Bankının mətbuat konfransı gözlənilir

Dünya valyuta birjalarında aparıcı valyutaların dollara nisbətən məzənnələri ucuzlaşmaqda davam edir. Belə ki, avro/dollar məzənnəsi 1.21-1.22$, funt/dollar məzənnəsi 1.39-1.40$ aralığında ticarət edilməkdədir. Türkiyə maliyyə bazarlarında isə Dollar/Lirə valyuta cütlüyünün qiyməti 4.08TL-ə təklif edilir.

 

Aparıcı valyutaların dollara nisbətən məzənnələrində ucuzlaşma dalğasının dinamikası zəifləsə də, iqtisadi göstəricilərin zəif açıqlanması, sözügedən valyutalara olan tələbin daha da azalmasına təsir edir. Təhlillərə əsasən, avro əlavə olaraq 1.2075$, funtun qiyməti isə 1.3742$-a kimi də ucuzlaşa bilər.


Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 15:45-də Avropa Mərkəzi Bankının faiz qərarı və saat 16:30-da mətbuat konfransı baş tutacaqdır. Mətbuat konfransında açıqlanacaq bankın gələcək iqtisadi gözləntilərini investorlar böyük maraqla gözləyirlər və maliyyə bazarlarında böyük dalğalanmalara səbəb ola bilər. 

 

Əlvan metallar bazarlarında da qızılın qiyməti təzyiq altındadır. Artıq 1326$-ın altında ticarət edilən qızılın bir unsiya üzrə qiyməti bu səviyyənin altında qaldıqca, 1302$-a kimi də dəyər itirə bilər.