Avropa parlament seçkilərinin avroya təsiri

28 May 2019

Dünya birjalarında bazar ertəsi ticarət aktivliyinin zəif olması səbəbilə Avropa parlament seçkilərinin avroya təsiri özünü bügündən göstərə bilər.

Avropa parlament seçkilərinin avroya təsiri

Avropa parlament seçkilərində Avropa yönümlü partiyaların qalib gəlmələri, beynəlxalq valyuta birjalarında avroya olan tələbin daha da artacağı proqnozlarının da güclənməsinə səbəb olub. 


Bununla yanaşı, dolların aparıcı valyutalara nisbətən qiymətlərinin də ucuzlaşacağı proqnozları artmaqdadır. Bazar ertəsi Amerika birjalarının işləməməsi səbəbilə ticarət aktivliyinin zəifləməsi isə bu gün məzənnələrdə dalğalanmaların güclənməsi ilə əvəz ediləcəkdir. 


ABŞ-ın istehlak dövriyyəsinə dair önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir.