Avropa sessiyasında EUR/USD bahalaşır

20 Fevral 2019

Beynəlxalq valyuta birjalarında avronun qiymətlərində son günlərin bahalaşması dinamikası Avropa sessiyasında daha da güclənə bilər.

Avropa sessiyasında EUR/USD bahalaşır

Avropa sessiyasının açılması avronun qiymətlərində çərşənbə axşamı müşahidə edilən bahalaşma yenidən güclənib. Maliyyə bazarlarında son günlər Avrozona iqtisadiyyatı ilə bağlı fundamental məlumatların müsbət açıqlanması fonunda EUR/USD məzənnəsinin 0.8%-ə kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır.


ABŞ höküməti ətrafında siyasi risklərin son günlər yenidən gündəmə gəlməsi, Vaşinqtonda ABŞ ilə Çin arasında dünəndən etibarən başlayan növbəti görüşlər fonunda qeyri-müəyyənlik və keçən həftə Amerika iqtisadiyyatına dair fundamental göstəricilərin proqnozlaşdırılandan da çox zəif açıqlanması, dolların dünya birjalarında ucuzlaşmasına səbəb olmuşdur. 


Belə bir şəraitdə valyuta birjalarında dollardan sonra ən çox ticarət olunan avroya tələb artmışdır. Keçən həftənin cümə günü Amerika sessiyasında 1.1233$-da dəstəjk alan EUR/USD məzənnəsi son günlər bahalaşmaqda davam etməkdədir və bu gün foreks bazarlarında 1.1340$-ın üzərində ticarət edilir. 


Təhlillərə əsasən, EUR/USD məzənnəsi 1.1360$-ın üzərində möhkəmlənərsə, 1.1441 və 1.1450$-a kimi bahalaşa bilər. 


Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 23:00-da yayımlanacaq Amerika Mərkəzi Bankının (FED) toplantı protokolu da investorların diqqət mərkəzindədir və foreks bazarlarında ticarət aktivliyinin artmasına təsir edə bilər.