Avropa və Almaniya üzrə proqnozlar azaldıldı

07 Fevral 2019

Dünya ticarətində və siyasi risklərin artması, Avrozona, xüsusilə də Almaniya iqtisadiyyatına da mənfi təsir edəcəyi proqnozlaşdırılır.

Avropa və Almaniya üzrə proqnozlar azaldıldı

Ticarət böhranı, Çində iqtisadi inkişafın zəifləməsi və Breksit ilə əlaqədar müşahidə edilən qeyri-müəyyənlik, Avrozona və Almaniya iqtisadiyyatında inkişafın zəifləməsinə təsir edəcəkdir. Bu haqda Avropa Birliyinin proqnozlarında bildirilir. 



Avropa Birliyi komissiyasının cümə axşamı açıqladığı proqnozlara əsasən, Avrozonada iqtisadiyyatın 2019-ci ildə 1.3% böyüyəcəyi ehtimal edilir. Bu göstərici bundan öncə 1.9% idi. 2020-ci il üzrə proqnozlar isə 1.7%-dən 1.6%-ə salınıb. Komissiyanın sədri Valdis Dombrovskis şərhində bütün Avropa ölkələrinin mülayim səviyyədə olsa da keçən il ilə müqayisədə inkişaf edəcəklərini bildirib. 




Avropanın ən güclü iqtisadiyyatı - Almaniya üçün isə Brüssel 2019 və 2020-ci ildə 1.7%-lik inkişaf gözləyir. Payız ayında bu gözləntilər müvafiq olaraq 1.8 və 1.7% idi. Beynəlxalq ticarətin bu və gələn il zəifləyəcəyi ehtimal edildiyi üçün ixrac yüklü iqtisadiyyata sahib Almaniya keçən ilki iqtisadi dinamikanı çox qoruya bilməyəcək. Lakin daşınmaz əmlaka investisiyalar və şəxsi istehlakın arta biləcəyi proqnozlaşdırılır.