Avropa və İngiltərə bankları əməkdaşlığı qorumaqda

05 Mart 2019

Beynəlxalq maliyyə bazarlarında banklar arası valyuta ticarətinə Breksitdən sonra da nəzarəti qorumaq üçün tədbirlər həyata keçirilməkdədir.

Avropa və İngiltərə bankları əməkdaşlığı qorumaqda

Avropa Mərkəzi Bankı (AMB) və İngiltərə Bankı (ing.: "BoE") mövcud olan valyuta svap razılaşmasını aktivləşdirməyi qərara alıblar. Razılaşmaya əsasən, "BoE" AMB-də funt qarşılığında avro ala və banklara həftəlik təklif edə bilər. Qərar Breksit fonunda verilib. 


AMB-nin bu haqda verdiyi məlumatlara əlavə olaraq bildirilib ki, İngiltərə bankı ilə bazarlara bundan sonra da nəzarət edə bilmək üçün sıx əməkdaşlıq davam etdiriləcəkdir. Şəbəkə ilə AMB də Avrozonada banklara funt təklif edə bilir. 


Qeyd etmək lazımdır ki, Svap xətti şəbəkəsinə dörd əlavə bank - ABŞ, Kanada, Yaponiya və İsveçrə mərkəzi bankları da qoşulub və şəbəkə 2013-cü ilin noyabr ayında həyata keçirilməyə başlanııb.