Avropa vətəndaşları güvən mövzusunda parçalanır

03 Aprel 2019

Avropada parlament seçkisinə yeddi həftə qalmış keçirilmiş sorğulara əsasən, avropalı vətəndaşlar Avropa birliyi mövzusunda iki mövqeyə ayrılıb.

Avropa vətəndaşları güvən mövzusunda parçalanır

Avropada birliyin vəziyyətini və iqtisadiyyatını güvənilən və narahatlıqla qarşılayan insanlar var. Bu haqda "Bertelsman fondu" hesabat verib. "Eupinions" təşkilatı isə bu iki qrup mövqeyin may ayında keçiriləcək parlament seçkisində böyük təsirlərə səbəb ola biləcəyini açıqlayıb. 


Birliyin narazı vətəndaşları sağ-populist partiyaları dəstəkləyə bilərlər. Fransanın "Rassemblement National", Almaniyanın "AfD" və ya İtaliyanın "Lega" partiyaları bu qəbildən sayılır. 


Sorğuların ümumi nəticələrinə əsasən, Avropa birliyində vətəndaşların 51%-i vəziyyətdən, 35%-i isə iqtisadiyyatdan narazıdırlar.