Avropada inflyasiya 2017-ci ilin aprel ayı səviyyəsində

31 May 2018

İqtisadiyyata mənfi təsir edən aşağı inflyasiyanın artımında aktivlik müşahidə edilməkdədir. Artıq inflyasiya 1.9% ilə son bir ilin maksmimumundadır.

Avropada inflyasiya 2017-ci ilin aprel ayı səviyyəsində

Avropanın statistika mərkəzi ("EuroStat") cümə axşamı istehlak qiymətləri ilə bağlı önəmli fundamental məlumatlar açıqlayıb. Məlumatlara əsasən, Avrozonada istehlak qiymətləri may ayında illik müqayisədə 1.9%, illik göstəricinin baza indeksi isə 1.1% artıb. Beləliklə, inflyasiya 2017-ci ilin minimum, baza göstəricisi təqribən son 3 ilin minimum səviyyəsinə kimi azaldıqdan sonra yüksəlməyə başlayıb. Baza indeksinin hesablanması zamanı, ərzaq və enerji məhsulları nəzərə alınmır, çünki bu məhsullar qiymətlərin yüksək dəyişkənliyi ilə fərqlənir. 


Məlumatların açıqlanması maliyyə bazarlarında güclü dalğalanmaya səbəb olmayıb, çünki inflyasiyada artım gözləntiləri artıq son günlər avronun qiymətində nəzərə alınmaqdadır. Belə ki, EUR/USD məzənnəsi cari həftə ərzində 1.1723$-a kimi dəyər qazanıb. Mütəxəssislər inflyasiyanın 1.6% və baza indeksinin yalnız 1.0%-ə kimi arta biləcəyini proqnozlaşdırırdılar.