Avropada inflyasiya göstəriciləri açıqlanacaq

16 Noyabr 2017

Avropada inflyasiya gözləniləndən zəif açıqlanarsa, bu, foreks bazarlarında avronun daha da ucuzlaşmasına təsir edə bilər.

Avropada inflyasiya göstəriciləri açıqlanacaq

Dünya valyuta birjalarında dolların digər aparıcı valyutalara nisbətən orta qiyməti noyabr ayı ərzində 1.8% ucuzlaşdıqdan sonra 0.6% bahalaşıb. Beləliklə, EUR/USD məzənnəsi də 1.1768$-a kimi 0.8% ucuzlaşıb. Avropanın Brent markalı neftinin bir barel qiyməti də enerji bazarlarında yenidən 62.01$-a kimi dəyər qazanıb.

Bununla yanaşı, maliyyə bazarlarında funt sterlinq, Türk lirəsi və qızıl qiymətlərində ciddi dəyişiklik müşahidə edilməyib. GBP/USD məzənnəsi 1.31-1.32$, USD/TRY məzənnəsi 3.87-3.89TL, qızılın bir unsiya üzrə qiyməti isə 1270-1280$ aralığında ticarət edilməkdədir.

Bu gün Bakı vaxtı ilə saat 14:00-da açıqlanacaq Avropada inflyasiya ilə bağlı statistik məlumatların da dünya birjalarında ticarət aktivliyinin güclənməsinə təsir edəcəyi gözlənilir. Sonuncu dəfə açıqlanan fundamental göstəricilərdə Avrozonada inflyasiyanın oktyabr ayında 1.4%, baza indeksinin isə 0.9%-ə kimi azalması göstərilmişdir. Bu gün dərc edilən yekun hesablamalarda bu təsdiq edilərsə və ya göstəricilər daha da zəif açıqlanarsa, foreks bazarlarında  avronun ucuzlaşması daha da sürətlənə bilər. Qeyd etmək lazımdır ki, Avrozonada yayımlanan inflyasiya göstəriciləri hər ay üzrə 2 dəfə açıqlanır - ilkin və yekun hesablanma.