Avropada parçalanma böhranı dərinləşdirə bilər

09 Aprel 2020

Beynəlxalq maliyyə bazarlarında investorlar tərəfindən böyük maraqla izlənilən maliyyə köməyi müzakirələri müsbət nəticə ilə yekunlaşmayıb.

Avropada parçalanma böhranı dərinləşdirə bilər

Cümə axşamı Korona yardımı ilə bağlı Avroqrupun toplantısı baş tutmuşdu. Lakin Avropa ölkələrinin maliyyə nazirlərinin bir araya gəlməsi, İtaliya və İspaniyanın tələbləri və Niderland müqaviməti sayəsində uğursuzluqla sonlandı. 

Planlaşdırılan üç plan ilə bağlı razılıq olsa da şərtlər ətrafında müzakirələr müsbət nəticəyə səbəb olmayıb. Bunlar Avropa İnvestisiya bankının kiçik və orta sahibkarlara edəcəyi 200 və AB Komissiyasının qısamüddətli işləyənlər üçün 100 milyard avroluq köməyi və Avropanın "ESM" ölkələrinə təklif edilən uzunmüddətli və sərfəli kreditləridir. 

İtaliya maliyyə köməyini heç bir şərt irəli sürülmədən tələb etsə də Niderland bu mövzuda müqavimət göstərir. Sonuncu ölkə uzun müddətli iqtisadi dəstək zamanı "ESM"-i iqtisadi şərtlərlə, yəni islahatlarla təmin etmək lazım olduğunu müdafiə edir. İtaliya isə buna qarşıdır. Avropada borc böhranından sonra Yunanıstan, Portuqaliya və İspaniyaya Avropa Mərkəzi Bankı, Beynəlxalq Valyuta Fondu və AB Komissiyası yoxlamalar keçirirdi. Almaniyanın maliyyə naziri isə bunu "Troyka" adlandırıb və bunun baş verməyəcəyini əlavə edib. 

Almaniya tərəfi isə "Korona Bondlar"-ına qarşı olmaqla yanaşı, cari böhrandan sonra "Recovery Fund" tələb edir. Lakin Almaniya höküməti iqtisadiyyatın vəziyyətinə dair açıq təsəvvür yaranmayacağı təqdirdə, pulların fonda kimdən və hansı şərtlərlə gələcəyini hələlik açıqlamaq istəməyib. Avropada cari böhran nəticəsində qitədə iqtisadiyyatın 10% azalacağını proqnozlaşdırırlar. İtaliya tərəfi isə Avrozonanın təminat verəcəyi bondları tələb edir. Buna İspaniya da dəstək olmaqdadır. Beləliklə, bütün Avrozona ölkələri Almaniya və digər Şimal ölkələrin kredit qabiliyyətliliyindən və aşağı faizlərdən də istifadə edə biləcəklər. Fransa da bugünə kimi İtaliyanı dəstəkləsə də Berlinin yanında yer almaqla təcili addımlar tələb edir. 

Almaniyanın daxilində də fikirlər iki qütbə ayrılır. CSU və Yaşıllar partiyası "Korona Bond"-ları tələbinə görə müzakirələri uzatmamağı tələb edir. Bununla yanaşı, hakimiyyətdə olan CDU partiyasının tərkibində də "Korona Bond"-larını müdafiə edənlər artır. 

Qeyd etmək lazımdır ki, Avropada maliyyənin idarə olunmasına dair qərarlar yekdilliklə qəbul olunmalıdır.