Avropada pərakəndə satış dövriyyəsi daha sürətlə azalır

05 Dekabr 2019

Avrozonada pərakəndə satış dövriyyəsi proqnozlaşdırılandan daha çox azalıb.

Avropada pərakəndə satış dövriyyəsi daha sürətlə azalır

Avropa statistika idarəsinin verdiyi məlumata əsasən, pərakəndə satış dövriyyəsi oktyabrda aylıq müqayisədə 0.6% azalıb. Mütəxəssislər isə 0.3%-lik azalma ehtimal edirdilər. 

Qeyd etmək lazımdır ki, sözügedən azalma cari ilin ən yüksək səviyyəsi hesab edilir.