Avropada sədrlik seçimlərində ləngimə

01 İyul 2019

Avropa parlamentində komissiya sədrliyinə sədrlik seçimi və namizədlər fonunda qeyri-müəyyənlik siyasi və iqtisadi riskləri artırır.

Avropada sədrlik seçimlərində ləngimə

Avropada yüksək vəzifələrə namizədlər fonunda razılıq bazar ertəsinə kimi həll olunmayıb. İtaliyanın baş naziri Güzeppe Konte Brüsseldə baş tutan zirvə toplantısında jurnalistlərə açıqlamasında müzakirələrin yekunlaşacağının açıq olduğunu bildirib. Hollandiyalı Frans Timmermanın Avropa birliyinin komissiya sədri kimi seçilməsi mümkün olmayıb. İtaliya hər cür təklifə açıqdır, lakin bununla yanaşı, ölkəsində "üst namizəd prinsipi" də əsas kimi qəbul edilmir. 


AB şurasının sədri Donald Task bazar günü baş tutan zirvə toplantısını yerli vaxtla saat 23:00-da dayandırıb və bütün gecə 28 üzv dövlətlərlə təkbətək müzakirələr aparıb və saat 08:00-da yenidən toplanıblar. 


Qeyd etmək lazımdır ki, əksər üzv dövlətlər Almaniyanın baş naziri Anqela Merkel tərəfindən təklif edilən namizəd Manfred Veberə qarşı çıxıblar və sosial demokrat Timmermanı dəstəkləyiblər. Bu plan zirvə toplantısı öncəki müzakirələrdə o qədər müqavimətlə qarşılaşmışdı ki, bazar günü toplantı üç saat gecikmə ilə başlayıb. 


Merkel Fransa prezidenti Makron tərəfindən qəbul edilməyən üst namizəd prinsipini yenidən müdafiə edib. Bu prinsipə əsasən, komissiya sədri yalnız partiyanın üstün namizədi ola bilər. Bu zaman Veber ilə yanaşı sosial-demokrat Frans Timmermans və ya liberal Marqaret Vestaqer də komissiya sədrliyinə namizəd sayılır. 


Veber Avropa parlamentində Avropa xalq partiyasında (ing.: "EPP") üst namizəddir. "EPP" fraksiyası Avropa parlament seçkilərində qalib olsa da nəticələr qənaətbəxş olmayıb. Timmermanın sədrlik etdiyi Avropa sosial demokrat partiyası (ing.: "PES") isə ikini yerə nail olub. Bu səbəblə Veber AB komissiya sədrliyinə namizədliyini irəli sürüb. Lakin nə dövlət və hökümət başçılarının şurasında, nə də Avropa parlamentində çoxluq əldə edə bilməyib.