Avropanın Brent nefti 62$-a doğru

29 Yanvar 2019

Dünya bazarlarında Avropanın Brent neftinin qiyməti bazar ertəsi 60$-ı aşağı istiqamətdə qırdıqdan sonra çərşənbə axşamı bahalaşmağa başlayıb.

Avropanın Brent nefti 62$-a doğru

Enerji bazarlarında Avropanın Brent markalı neftinin qiyməti Asiya sessiyasında başlatdığı artım dalğasını, Amerika sessiyasında daha da gücləndirib. Qiymət bazar ertəsi ucuzlaşsa da keçən həftənin dəstək səviyyəsi üzərində dalğalanması, yenidən bahalaşa biləcəyi proqnozlarının güclü qalmasına əsas verirdi. Bununla yanaşı, "Buğa"-lar yaxşı anlayır ki, 60.09$-ın aşağı istiqamətdə qırılması, qiymətin 58.97$-a kimi də ucuzlaşmasına səbəb ola bilər. 


Beləliklə, təhlillərə əsasən, Avropanın Brent markalı neftinin bir barel qiymətində müşahidə edilən cari bahalaşma, 61.90$-ın qırılması ilə nəticələnərsə,, üzərində möhkəmlənmək şərti ilə 63.12$-a kimi də dəyər qazana bilər.